Son bir ildə ilk dəfə dünya bazarında ərzaq qiymətləri ucuzlaşıb

Ötən ay dünya bazarında ərzaq xammalı son 12 ayda ilk dəfə azalıb.

QİA.AZ xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə əsas ərzaq məhsullarının aylıq qiymət dəyişkənliyini əks edən ərzaq qiymətləri indeksi iyun ayında orta hesabla 124,6 bənd olub ki, bu da əvvəlki aya nisbətən 2,5 % az, ötən ilin müvafiq dövrünə nisbətən isə 34 % çoxdur.

O cümlədən bitki yağlarının qiymət indeksi iyun ayında 9,8 % azalaraq son 4 ayın ən aşağı həddə geriləyib. Dənli bitkilərin qiymət indeksi 2,6 %, ağartı məhsullarının isə 1 % azaldığı halda şəkərdə 0,9 %, ətdə də 2,1 % artıb.

Oxşar Xəbərlər