“Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə uğur əldə edib və pandemiyanın səbəb olduğu ciddi iqtisadi fəsadlardan yayına bilib”.
“QİA.AZ” TASSME-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.
“Bu, tam olaraq ölkənin və onun xalqının xidmətidir”, – Aİ komissarı deyib.
O həmçinin qeyd edib ki, Azərbaycanın inkişafı bütün Cənubi Qafqaz regionunun ümumi inkişafından asılıdır.