Azərbaycanda vurulan vaksinlərin sayı 4 milyonu keçib

İyl9,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

Oxşar Xəbərlər