“Neftçi”nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.
“QİA.AZ“ “L Equipe” nəşrinə istinadən xəbər verir ki, flaqman Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskı transfer edir.
Artıq fransalı oyunçu ilə razılıq əldə edən “ağ-qaralar” onunla 2 illik müqavilə imzalayacaq. Paytaxt təmsilçisi bu keçid üçün qarşı tərəfə təzminat ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl ölkəsində “Keviyi Ruan” klubunun da formasını geyinib.