Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən 9 milyon manatlıq satınalma

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tibbi və digər aparat, avadanlıq və inventarların satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

QİA.AZ” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri “Arash Medical Company” və “Ekspa” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 7 354,8 min manat və 1 798,5 min manat, ümumilikdə isə 9 147 min manat ödəniləcək.

Oxşar Xəbərlər