“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb – SİYAHI

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb.

QİA.AZ xəbər verir ki, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb.

Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilən şəxslərdir.

Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

Qaliblərin adlarını təqdim edirik:

1. Quliyev Orxan Madar oğlu

2. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu

3. Əliyev Fərrux Mübariz oğlu

4. Xəlilova Rzazadə Leyla Qara qızı

5. Yusibov Orxan Aydın oğlu

6. Alıyev Kamil Amil oğlu

7. Hümbətov Cavid Vaqif oğlu

8. Seyranov Xamis Rəşad oğlu

9. Soltanov Elşən Şəmsəddin oğlu

10. Novruzov Nazim Mikayıl oğlu

11. Kərimov Samir Balaxan oğlu

12. Hüseynov Fəxri İslam oğlu

13. Mirzəzadə Elçin Yaşar oğlu

14. Süleyman Turxan Raquf oğlu

15. Mirzəliyev Ruslan Füzuli oğlu

16. Zakirov Orxan Tahir oğlu

17. Cəfərov Cəfər Əbülfət oğlu

18. Məmmədov Məhəmməd İlqar oğlu

19. Qafarzadə Ləman İsbəndiyar qızı

20. Alızadə Ramtiq Natiq oğlu

21. Mirzəzadə Vüqar Yaşar oğlu

22. Feyzullayev Tural Hicrət oğlu

23. Əliyev Semral Adil oğlu

24. Abbasov Saməddin Fəxrəddin oğlu

25. Qazı zadə Orxan Cavanşir oğlu

26. Məlikova Ülkər Mustafa qızı

27. Hidayətli Güldənə Şahin qızı

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Oxşar Xəbərlər