Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
QİA.AZ xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı, energetika, nəqliyyat layihələri haqqında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.