Psixoloq: “Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”

“Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib”.

QİA.AZ” xəbər verir ki, bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi “Medianın psixi sağlamlıqda rolu” adlı təlimdə çıxışında deyib.

Onun sözlərinə görə, həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub: “Təəssüf ki, qazilərimiz arasında intihar halı artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər. Ona görə də onların ailə üzvləri ilə əlaqə qurmaq və bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlıq şəklində çalışırıq. Mütəxəssislərimiz intihar hallarının qarşısının alınması üçün Türkiyədə peşəkar psixoloqlarla birgə təlimlərə başlayıb”.

Oxşar Xəbərlər