Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.
QİA.AZ xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.
Qətlin törədilməsi ilə bağlı 1977-ci ildən anadan olan Zaurbek K. barəsində axtarış elan edilib.