Günün qoroskopu-28.06.2021

Qoç – xəyallara qapılmayın, təxəyyülün əsiri olmayın. Yaşamınızdakı situasiya sizi narahat edirsə, düşünülməmiş addım atmayın. Bədbinləşərək hər şeyin pis, problemlərin ifrat dərəcədə ağır olduğunu düşünməyin. Pis fikirlərdən qurtulmağın ən yaxşı yolu bir yerdə oturmamaq, çalışmaqdır. Maraqlı məşğuliyyət tapılacaq. Təbii ki, əgər istəsəniz.

Günün ikinci yarısı həmfikir, tərəfdaşlar və şəriklərlə ünsiyyət üçün əlverişlidir. Maraq və planlarınızı bölüşən insanla yeni planları müzakirə edin.

Bilik və bacarıqların araşdırılması üçün münasib zamanıdır. Faydalı, praktik təcrübə əldə edəcəksiniz.

Buğa – uzaqlara səfərlər və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Maliyyə, daşınmaz əmlakla bağlı məsələlərin həllini təxirə salın. Çətin olmayan, aktual problemlərin həllinə üstünlük verin. Rutin məqamları unutmayın.

Rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdə olun.

Günün ikinci yarısında maraqlı ideyaların yaranması istisna deyil. Onlardan birinin həyata keçirilməsi yaxşı gəlir əldə etməyinizə imkan verəcək. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq assalar, peşman olmazlar.

Əkizlər – yeni, gəlir vəd edən işə başlamaq üçün münasib zamandır. Tərəfdaş və ya dostlarla birgə fəaliyyət daha effektivdir. Rəqibin, bədxahın sirr saxladığı məsələni, informasiyanı öyrənməyə çalışın. Maliyyə məsələlərini müzakirə edərək çözmək olar. İşgüzar intuisiyanız sizi aldatmayacaq.

Günün ikinci yarısında romantik hisslərə qapılmayın. Gerçək məqsədlərinizi pərdələməyə çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq, ifrat yorğunluq hiss etməyəcəksiniz.
 

Xərçəng – günün ilk yarısı yeni ümidlər və ideyalar zamanıdır. Tələsməyin, yarımçıq işlərə üstünlük verməyin. Vurnuxmanın bir hissəsinə dönməyin. İrəliyə doğru aramla hərəkətə üstünlük verin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla mübahisə etməyin. Şübhəli, qısqanc olmayın. Yaxınlarınıza səbəbsiz iradlar və sərt ifadələr ünvanlamayın.

Əməllərinizə görə sonradan təəssüflənə bilərsiniz.
 

Şir – qətiyyətli, fəndgir, çevik olun. Bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Ənənəvi, adət etdiyiniz metodlar məqsədə tez çatmağınızı təmin etmirsə, yeni variantlar arayın. Çəkinməyin, ətalətlə davranmayın. Yaxın ətrafınızdakı insanlar arxanızca gedəcəklər.

İndiyədək sizə laqeyd qalan insanlar günün ikinci yarısında təmasları intensivləşdirməyə çalışacaqlar.

Axşam saatlarında yaşamınızda müsbət dəyişikliklər etməyə çalışın. Təşəbbüskar olun. Hisslərinizi etiraf etməkdən çəkinməyin.
 

Qız – yeni işlərə başlamaq olar. Maliyyə imkanlarınızı yaxşılaşdıra biləcək məqamlara xüsusi diqqət verin. Köhnə, hətta unutmağa başladığınız borcların qaytarılması mümkündür.

Yeni, gözlənilməz mənbədən gəlir əldə etməyiniz istisna deyil. Alış-veriş üçün əlverişli zamandır. Bir şərtlə ki, emosiyalara qapılaraq bədxərclik etməyəsiniz.

Günün ikinci yarısında çoxdan can atdığınız hədəfi əldə etmək üçün bir qədər hiyləgərlik edin. İstənilən formada eksperimentlər üçün münasib zamandır.

Tərəzi – ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanlarınız var. Dəyər verdiyiniz insana qayğı bəsləyin. Problemlərin həllində ənənəvi metodları və üsulları tətbiq etməyin. Təhlükəli, riskli işlərə qatılmayın.

Günün ikinci yarısında məqsədə çatmaq üçün qətiyyətli olun.

Səhhətinizə fikir verin. Ağrılar, halsızlıq olarsa, həkimə müraciət edin. Türkəçarə müalicə ilə məşğul olmayın.

Əqrəb – günün ilk yarısında işlərinizdə aktiv olun. Heç bir məsələnin həllini təxirə salmayın. Az sonra yolunuzda maneələr yaranacaq. Üstəlik, yaxın ətrafınızdakı insanlara da yardım etmək gərəkdir. Maliyyə çətinlikləri istisna deyil.

Günün ikinci yarısında ani istəklərin reallaşmasına çox pul xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarına yaxın səhhətinizdə problem yaranması, əhvalınızın pisləşməsi riski var. Ən asan, yorucu olmayan işlərlə məşğul olun. Dincəlmək, bir qədər nəfəs dərmək gərəkdir.

Oxatan – maraqlı, amma çətinliklərdən xali olmayan gündür. Yolunuzda yaranan sədlər və maneələr sizi qorxutmasın. Onları dəf etmək yetərincə maraqlıdır. Çətin məsələlərin həllinə şövqlə, enerji ilə başlayın. Yaxşı əhvalınızı heç bir halda itirməyin. Yaxın ətrafınızdakı insanlar bunu görəcəklər.

Günün ikinci yarısında sizdən dəstək, qayğı və yardım istəyəcəklər. Romantik illüziyalara qapılmayın.

Axşam saatları kiçik səfərlər, gəzintilər üçün münasibdir. İlk baxışdan zərurət duymadığınız, amma sonradan gərəyiniz olacaq əşyaları ala bilərsiniz.

Oğlaq – ötən həftə yaranmış çətinliklər və problemlər barədə həddən artıq düşünməyin. Onların çözümü ilə bağlı yeni ideyalar yoxdur. Əhvalınız isə pozula bilər. Heç bir halda bədbinliyə qapılmayın. Yaxın gələcəyin planlaşdırılması ilə məşğul olun. Planları ən xırda təfərrüatlara qədər hazırlamaq olar. Heç nəyi nəzərdən qaçırmayın.

Günün ikinci yarısında yaşlı nəsil nümayəndələri ilə ünsiyyətdə xeyir var. Yaşıdlarınızı da unutmayın. Şəxsi həyatınızı daha rəngarəng edin. Yeni tanışlıqlar ehtimalı çoxdur.

Dolça – düşünülməmiş və tələsik addımlar atmayın. Günün ilk yarısında önəmli qərarlar qəbul etməyin. Yaşam enrjisi ehtiyatlarınızı artırır, potensialınızın səviyyəsini yüksəldir. Bir qədər sonra ağır işlər başlayacaq.

Günün ikinci yarısında yaxınlarınızla dil tapmağa çalışın. Maraqlarınızı və yaşama baxışlarınızı bölüşməyən insanlarla sərt mübahisə etməyin. Vaxtınızı daha məntiqli işlərə sərf edin. İronik iradlara qapılmayın. Sözləriniz qarşı tərəfi incidə bilər. Həmin inciklik isə asanlıqla unudulmayacaq.

Balıqlar – maraqlı imkanlar və yaxşı ideyalar zamanıdır. Bir yerdə oturmayın, fəal olun. Məqsədə çatmağa bir addım qalıb. Əlverişli anı gözləyin. Məqsədə doğru ilk addımın vaxtını sizə intusiyanız deyəcək. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər.

Günün ikinci yarısında xoş xəbər alacaqsınız. Bu informasiya bəzi planları həyata keçirməkdə gərəyiniz olacaq. İmiclə eksperimentlər üçün əlverişli zamandır. İmiclə eksperimentlər etmək olar.

Axşam saatlarında normal istirahət edin.

Oxşar Xəbərlər