Tokio-2020: Ramil Quliyev yarımfinala yüksəlib

Avq3,2021

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində 20.54 saniyə ilə finişə ikinci çatıb və yarımfinala yüksəlib.

Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.

Oxşar Xəbərlər