Koronavirusun ölümcül fəsadı açıqlanıb

Koronavirus xəstəliyinin üstündən keçən iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı xeyli artır.

“QİA.AZ” xəbər verir ki, belə bir qənaət İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda yer alır.

Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını dəfəyədək artırdığı müəyyənləşdirilib.

Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da müəlliflərə görə bu cür araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

Oxşar Xəbərlər