Son üç il ərzində 27 197 nəfər müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hər il 8-9 min arası müəllim işə qəbul olunur.
Onun sözlərinə görə, bu il müsabiqədə iştirak edən namizədlərin sayı 60 minə qədər artıb. Bu il vakansiyaların sayı 7 718-dir, lakin bu sayın 9 minə qədər artması gözlənilir.