Avqustun 9-da Abşeron rayonunun Novxanı qəsəbəsinin yeni yaşayış massivində (“Novxanı” dəmir yolun stansiyasının yanında) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək.
Bu barədə “QİA.AZ“a qurumdan bildirilib.
Məlumata görə, “Səyyar qəbul otaqları” vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər hazır vəziyyətdə olacaq.
“Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təklifləri “Azəriqaz”ın rəhbərliyi araşdıracaq və həlli istiqamətində müvafiq göstərişlər verəcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.
“Bildiyimiz kimi, Prezident hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır. “Səyyar qəbul otaqları” məhz bu tapşırığa uyğun şəkildə, mütəmadi olaraq təşkil olunacaq, problemlərin operativ həllinə xidmət edəcək”, – deyə məlumatda qeyd olunub.