Venesuela hökuməti oktyabrın 1-dən etibarən rəqəmsal milli valyuta işə salacaq.
QİA.AZ-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı bildirib.
Qeyd olunur ki, rəqəmsal bolivarlarda kağız əskinaslarla müqayisədə 6 sıfır az olacaq.
Eyni zamanda, qeyd olunur ki, rəqəmsal valyutanın tətbiqi bolivarın məzənnəsinə təsir göstərməyəcək
Qeyd edək ki, son bir neçə il ərzində Venesuelada hiperinflyasiya yaşanır. 2019-cu ildə ölkədə inflyasiya səviyyəsi 9 600 faiz, 2020-ci ildə 3 min faizə yaxın olub.