Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında neft hasilatı və 3 suvurma quyusu qazılıb.
“QİA.AZ” bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən ilin eyni dövründə AÇG-də 8 hasilat quyusu qazılmışdı.
Bundan başqa, bu ilin 6 ayında yataqlardan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 milyon barel və 0,3 milyard barel çoxdur.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.