Türkiyədə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərə başlanılıb

Türkiyənin Muğla şəhərinin Milas rayonunda yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlərə başlanılıb.

QİA.AZ-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşları Milas-Ören yolununun Yeniköy hissəsindən keçən yolu genişləndirir.

Belə ki, nazirlik əməkdaşları Milas Elektrik Stansiyasının (Elektrik Santrali) 10 km məsafəsində yolların kənarında xəndək qazır, bəzi ağaclar kəsilir.

Hazırda Elektrik Stansiyasına təxminən 10 km məsafədə yerləşən Bayır məhəlləsində yanğın davam edir. Yağınsöndürənlər yanğının söndürlməsi istiqamətində işlər görür.

Oxşar Xəbərlər