ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura (Sünik vilayəti) səfər edib.
“QİA.AZ“ News.am”a istinadən xəbər verir ki, məlumatı “USAID Armenia” feysbuk səhifəsində yayıb.
Məlumata görə, səfirlə birlikdə bölgəyə “USAID Armenia”nın direktoru Con Allelo da gedib.
Con Allelo bölgəyə ilk dəfə səfər etdiyini bildirərək USAID-in orada çoxsaylı proqramlar reallaşdırdığını da vurğulayıb.
Qeyd edək ki, Linn Treysi bu ilin aprelində də Zəngəzura səfər edib.