Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
QİA.AZ-ın məlumatına görə, 24 nəfərin yer aldığı yekun siyahıda Azərbaycanın FİFA referisi İnqilab Məmmədovun da adı var.
Qeyd edək ki, final mərhələsi 19 – 29 avqustda Rusiyada təşkil olunacaq.