Ərdoğan: “Bu gün Azərbaycandan əlavə 100 nəfər yanğınsöndürən gələcək”

“Meşə yanğınlarına havadan və qurudan müdaxilə edən yanğınsöndürənlərin sayı sürətlə artıb. Bu işə köməklik göstərmək sahəsində Azərbaycanın adını vurğulamağı vacib sayıram”.

QİA.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Bu gün Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə telefon danışığımız oldu. 600-dən çox peşəkar yanğınsöndürən göndəriblər. İlham Əliyev onların sayını daha 100 nəfər artıra biləcəklərini söylədi. Bunun çox yaxşı olacağını dedim. Çox güman ki, həmin yanğınsöndürənlər bu gün Türkiyəyə gələcək ”, – R.T.Ərdoğan vurğulayıb

Oxşar Xəbərlər