Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.
“QİA.AZ” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Stanislav Zas baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə nazirliyinin rəhbərliyi ilə görüşəcək, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının ofisini ziyarət edəcək.