Roma papasına göndərilən məktubda güllələr tapılıb

Avq9,2021

İtaliyada Milan şəhəri yaxınlığında yerləşən poçtun çeşidləmə mərkəzinin əməkdaşları içərisində Roma Papası Fransiskə ünvanlanmış 3 güllənin olduğu zərf aşkar ediblər.

QİA.AZ” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Məlumata görə, zərfdə Vatikandakı maliyyə əməliyyatlarına dair müraciət olub. Məktub karabinerlər tərəfindən müsadirə edilib, polis araşdırmaya başlayıb.

ANSA agentliyi zərfin Fransadan göndərildiyini yazıb.

Oxşar Xəbərlər