Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

QİA.AZ” xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında qəbul olunan bəyanatın icra vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşması yolları müzakirə olunub.

Oxşar Xəbərlər