“e-KOB evi” portalı haqqında əsasnamə təsdiq edilib

Prezident İlham Əliyev “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

QİA.AZ” xəbər verir ki, fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının (bundan sonra – portal) Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görməli, dövlət orqanları (qurumları) tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.

Dövlət orqanları (qurumları) isə Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini və həmin Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq göstərilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün zəruri tədbirlər görməlidirlər.

Oxşar Xəbərlər