Yol qəzalarının sayı açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olmuşdur. Onlardan 290-ı həlak olmuş, 698-i isə yaralanmışdır. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olmuşdur

Oxşar Xəbərlər