Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib.
“QİA.AZ” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri vəzifəsində işləyib.
Prezidentin sərəncamına görə, Vaqram Qriqoryan isə ordunun 2-ci korpusunun komandiri vəzifəsinə təyin edilib.
Yeni təyinatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın təkliflərinə əsasən imzalanıb