İqlim dəyişikliyinin səbəb olduğu quraqlıq, sel, qida və yemək çatışmazlığı kimi amillərlə əlaqədar 2020-ci ildə 94 ölkədə 25 milyon insan köç etməli olub.
QİA.AZ-ın məlumatına görə, bu barədə BMT-nin İqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspert qrupunun yeni hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, iqlim dəyişiklikləri Yer kürəsində ekstremal quraqlıqlara, qasırğa, daşqın və meşə yanğınlarının artmasına yol açır.
2050-ci ilədək 140 milyon insanın yaşadığı yerlərdən köç edəcəyi proqnozlaşdırılır.