Qəbələdə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən QİA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır.

Oxşar Xəbərlər