Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 6,05 faiz qalxıb.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bitkoinin dəyəri 6,05 faiz qalxaraq 46 000 dollar təşkil edib.
Beləliklə, bitkoinin qiyməti cari ilin may ayından bəri ilk dəfə 46 min dollara yüksəlib.