Türkiyənin müdafiə naziri Pakistana səfər edib

Türkiyənin müdafiə naziri Hulusi Akar avqustun 10-da Pakistana səfər edib.

QİA.AZ” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin saytı yayıb.

Bildirilib ki, Hulusi Akar Paksitanın müdafiə naziri Pərviz Xattak, müdafiə və istehsal naziri Zobaida Calal, Quru Qoşunları komandanı Qamar Caved Bajava ilə görüşəcək.

Məlumata görə, görüşlərdə iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayei sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bununla yanaşı Hulus Akarın Pakistan rəsmiləri ilə Əfqanıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi edəcəyi də gözlənilir.

Oxşar Xəbərlər