Avqustun 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 186 toy şənliyinin monitorinqini həyata keçirib.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, monitorinq 173 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 20 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bundan başqa, 1509 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.