Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 720 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 obyekt çoxdur.

QİA.AZ bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 127 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin iyunundan 12 obyekt çoxdur.

2021-ci ilin iyul ayında Türkiyədə 107 785 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 53 faiz azdır.

İyul ayında Türkiyədə 4 495 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 64 faiz çoxdur.

Oxşar Xəbərlər