Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5252 nəfər vəfat edib, aktiv xəstə sayı 36 227 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, ötən müddət ərzində isə ümumilikdə 4 285 883 test aparılıb.