Hər qrup üzrə ən yüksək bal toplayan və yalnız ölkə daxilində təhsil almağı seçən 25 nəfər Prezident təqaüdünə namizəd göstərilir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, əgər yüksək bal toplayan və Prezident təqaüdü ala biləcək şəxs xaricdə təhsil almağa gedirsə, o, bu şansdan məhrum olur: “Biz sadəcə namizədlərin adlarını təqdim edirik və sonda həmin şəxslərlə bağlı Prezident sərəncam verir”.