“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, – o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.

Oxşar Xəbərlər