“Taliban” əfqanlar üçün hava limanına giriş-çıxışı bağlayıb

“Taliban” Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanına giriş-çıxışı bağlayıb.

QİA.AZ bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, buna yerli əfqanların hava limanının qarşısında yaratdığı böyük sıxlıq nəticəsində meydana çıxan toqquşmalar səbəb olub.

Qərarda bildirilir ki, hava limanına ancaq əcnəbilərin giriş-çıxışına icazə verilir.

Oxşar Xəbərlər