Qərbi Kaspi Universiteti dünyanın müxtəlif ölkələrindən olan xarici professorların vebinarlarını təşkil edir.
Növbəti belə vebinar 30 avqust saat 15:00-da İnformasiya təhlükəsizliyi üzrə mütəxəsis, Hindistanlı professor Christon Ananthın təqdimatında olacaq.
Vebinarda professor “Rəqəmsal dünyada informasiya təhlükəsizliyinin əhəmiyyəti” mövzusunda çıxış edəcək.
Vebinar ingilis dilində təşkil olunacaq, arzu edən hər kəs iştirak edə bilər. İştirakçılara sertifikat təqdim olunacaq.