Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.
“QİA.AZ” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat yayılıb.
“Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, – məlumatda qeyd edilib.