Cənubi Afrikada yeni növ koronavirus aşkarlanıb

Avq30,2021

Cənubi Afrika Respublikasında mütəxəssislər koronavirusun “beta” və “delta” ştamlarından daha təhlükəli olan növünü aşkarlayıblar.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə medrxiv.org saytı məlumat yayıb.

Araşdırmanın nəticələrinə görə, yeni növ koronavirus sürətli bir mutasiyanın nəticəsi kimi ortaya çıxıb ki, bu da dünyada SARS-CoV-2 mutasiyasından 1,7 dəfə çoxdur. Bu növ xəstəlik yüksək ötürülmə qabiliyyəti və immunitetə qarşı güclü olması ilə seçilir.

Oxşar Xəbərlər