KİV: “Əfqanıstanın ali lideri olacaq şəxsin kimliyi açıqlanıb”

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı Molla Xibatullah Axundzadənin ölkənin ali lideri olacağını planlaşdırır.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, “Taliban” hakimiyyəti qismən İran modeli üzərində təşkil etmək niyyətindədir. Belə ki, ali lider dövlət başçısıdır, eyni zamanda ən yüksək siyasi və dini hakimiyyətdir. İcra hakimiyyətinə ali liderin müavinlərindən biri olacaq baş nazir rəhbərlik edəcək.

Ali liderliyə namizəd olan Axundzadə heç vaxt açıq çıxış etməyib və harada olduğu bilinmir.

Oxşar Xəbərlər