Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.
“QİA.AZ”ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.
Qeyd edək ki, poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.