ABŞ-ın Kaliforniya ştatında sentyabrın 6-da qeyd olunacaq İşçi Bayramı ərəfəsində yanacağın qiymətində rekord artım baş verib.
“QİA.AZ” bu barədə “Fox Business“ə istinadən xəbər verir.
Beləliklə, bir qallon (təxminən 4,5 litr) benzinin qiyməti 4,39 ABŞ dolları olacaq. Halbuki bir il əvvəl bu rəqəm 3,23 ABŞ dollarına bərabər idi.
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, əvvəlki rekord 2012-ci ildə qeydə alınıb (4,16 ABŞ dolları).