Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.

Bu barədə QİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:04-də Datça rayonunda 4,1 bal gücündə qeydə alınıb.

Zəlzələ ocağı yerin 40,6 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazıköy, Cumalı, Yakaköy, Sındı ve Məsudiyədə hiss edilib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Oxşar Xəbərlər