Qoç – ehtiyatlı olun, rahat gün deyil. Yoldan sapmaq, geri çəkilmək çox asandır. Fəqət yenidən yola qayıtmaq çətindir. Nəzərdə tutduğunuz planı tezliklə həyata keçirmək, layihəni reallaşdırmaq asan deyil.
Maliyyə itkiləri istisan deyil. İşdə ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan yardım istəməyin. Onlar qərarlarınızı və əməllərinizi kritik dəyərləndirir, planlarınızdan əl çəkməyə çağırırlar. Bu şəxslər məqsədlərinizin dəyişməsini istəyirlər.
Bütün məsləhətlərə qulaq asın. Amma yalnız sizə sərf edən məsləhətlərdən faydalanın.
Öküz – baş verənlərə rəğmən sakit olun, təmkinli davranın. Autotreninq, yoqa, maksimum diqqət tələb edən işlər üçün əlverişli zamandır. Emosiyaların əsiri olmayın. Hisslərinizi kimsə anlamamalıdır.
Günün ikinci yarısında ailə qayğıları və məişət işlərinə laqeyd yanaşmayın. Hər şey sadə və aydındır. Rutin işlərin həlli üçün baş sındırmağa lüzum yoxdur.
Şəxsi münasibətlərdə isə tam əksinə, uzunmüddətli təhlil və müzakirə tələb edən məqamlar yaranacaq.
Əkizlər – gün maraqlı və uğurlu olacaq. Hər hansı formada maliyyə avantüralarından imtina edin. İri məbləğlə risk etməyin, xərcləri minimuma endirin. Başqasının hesabına gəlir əldə etməyə çalışmayın. Rəqibin səhvinin və ya yanlışlığının irəliləyişinizə imkan verəcəyini düşünməyin.
Günün ikinci yarısı iş, ünsiyyət, çətinliyə düşmüş insanlara yardım üçün münasibdir. Səhhətində problem olan şəxsə kömək edin.
Şəxsi həyatınızda müsbət təmayüllərin təsiri artır. Ciddi problemlər yaranmayacaq. Yeni tanışlıqlar ehtimalı azdır. Romantik münasibətlər dinamik inkişaf edəcək.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng – əla gündür. Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Həmin planlardan bəzilərini həyata keçirməyə başlayın. Müttəfiqlər arayın. İradəli və qətiyyətli olun. Yeni işgüzar əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.
Tərəfdaşlıq uzunmüddətli, məhsuldar ola bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə harmoniyaya və qarşılıqlı anlaşmaya nail olun. Yaxınlarınız sizi anlayacaqlar. Sizi anlamaları üçün çox sözə ehtiyac yoxdur.
Şir – günün ilk yarısı əlverişli, önəmli layihənin həyata keçirilməsi üçün münasibdir. İşgüzar münasibətləri emosiyalara və hisslərə qurban verməyin. Danışıqları uğurla başa vurmağa çalışın. Nüfuzlu insandan dəstək almağa, sərfəli müqaviləyə nail olmağa can atın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda laqeydlik etməyin. Qətiyyətli, təmkinli olun, çətinlikləri unudun. Saatlar keçdikcə problemlər artır. Yaşamınızda çətin və qarışıq situasiyadır. Bir qədər sonra problemin çözüm anı olacaq. İşlərin məcrası qəbul etdiyiniz qərardan asılıdır.
Qız – işlər pis deyil. Hadisələrin bolluğu sizi usandırmasın. Həmin olaylardan hər biri diqqətli yanaşma tələb edir. Yaxın ətrafınızdakı insanlar diqqət və qayğı gözləyirlər. Kiməsə yardım, kiməsə məsləhət, kiməsə qayğı gərəkdir.
Amma bu adamlardan kimsə düşünmür ki, sizin də problemləriniz, tələbləriniz və istəkləriniz var.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa çalışın. Tənbəllik və süstlük etməyin. Enerjinizi bərpa edin, sakitləşin. Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin.
Tərəzi – günün ilk yarısı yaxşı və uğurlu olacaq. Niyyətinizi reallaşdıra bilərsiniz. Hər şey istədiyiniz kimi alınmasa da, ruhdan düşməyin, geri çəkilməyin.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.
Günün ikinci yarısında yaxınlarla münasibətlərdə problemlər istisna deyil.
Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Son vaxtlar çox işləyərək özünüz barədə az düşündüyünüzdən çətinliklər artıb. Sağlam həyat tərzini seçin. Orqanizmi sınağa çəkməyin.
Əqrəb – mürəkkəb gün olsa da, ümidsiz deyil. Səbrli olun. Əlverişli, gərəkli anı gözləməyi bacarın. Fikir və hisslərinizi bölüşməyin. Niyyətiniz barədə yaxşı tanımadığınız insanlara məlumat verməyin.
Emosiyalarınızı sözlər, jestlər və ya mimika vasitəsilə aşkar etməyin. Soyuqqanlı və təmkinli olsanız, hətta ən güclü rəqibi də üstələyə bilərsiniz.
Günün ikinci yarısında yorula bilərsiniz. Saatlar keçdikcə qüvvələrin tükəndiyini hiss edəcəksiniz. Yaxınlarınızın diqqət və qayğısı xoşdur. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Oxatan – günün ilk yarısında qarşıdurma, ixtilaf olacaq. Qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmayacaqsınız. İzafi səylər sərf etmədən istədiyinizi əldə edəcəyinizi düşünməyin.
Sədləri dəf etməyə hazır olun. Qətiyyətli olsanız, təəssüf yaradacaq fəsadlar yaşanmayacaq.
İşgüzar münasibətlər çox dinamik inkişaf edəcək. Tərəfdaşlıqda maraqlı olun, potensial tərəfdaşların niyyətlərini nəzərə alın.
Günün ikinci yarısında xoş sürprizlər olacaq. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızı anlamağa çalışın. Belə olarsa, münaqişə və fikir ayrılıqlarına son qoya bilərsiniz.
Axşam saatlarını əyləncəyə həsr edin.
Oğlaq – həftənin ən çətin, qarışıq günlərindən biridir. Çoxdan yaranan problemlərdən biri yenidən gündəmə gələcək. Peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar istisna deyil. Qarşıya qoyduğunuz məqsədə çatacağınıza şübhə etməyin.
Yanınızdakı insan sayəsində siz özünüzə inanacaqsınız.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Önəmli saydığınız münasibətlərdə romantika artacaq. Ciddi olun, mübahisələrə son qoyun. Ümumiyyətlə, bu gün işgüzar məqsədlərlə yanaşı şəxsi hədəflərə çatmaq daha asandır.
Dolça – başqalarının işlərinizə qarışmasına imkan verməsəniz, durum yaxşı olacaq. Yaxınlarınızın niyyətləri pis olmasa da, zəifliklər və nöqsanlarınız pis fəsadlar yarada bilər. Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Sirrlərinizi bölüşməyin.
Günün ikinci yarısı maraqlı ideyalar vəd edir. Maliyyə durumunuzu yaxşılaşdırmağa, gəlirləri artırmağa çalışın. Həddən artıq çalışmağa ehtiyac duyulmadan da pul qazanmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar – günün ilk yarısı çətinliklər vəd edir. İşdə ən müxtəlif problemlər yarana bilər. Həmkarlarınızla münasibətlərdə anlaşılmazlıqlar və ziddiyyətlərin böyüməsinə imkan verməyin. Şayiələr, böhtanlar əhvalınızı korlayacaq.
Günün ikinci yarısında soyuqqanlı davranın. Təcrübəli insanların sözlərinə, yaşlı qohumların məsləhətlərinə qulaq asın. Mühüm qərarları müstəqil qəbul etməyə dəyməz. Maliyyə məsələlərində ehtiyatlı davranın. Planlaşdırılmamış səfərə yollanmayın.