İraqın baş naziri Tehrana gedib

İraqın Baş naziri Mustafa əl-Kazımi İrana rəsmi səfər edib.

“QİA.AZ” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

İran Prezidenti İbrahim Rəisi Tehrandakı konfrans salonunda İraq Baş nazirini rəsmən qarşılayıb.

Rəisi və əl-Kazimi ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.

İraq hökumətinin başçısını İranın ali lideri Əli Xameneyi də qəbul edəcək.

Oxşar Xəbərlər