BMT Baş Assambleyasında Əfqanıstanla bağlı görüş keçiriləcək

BMT Baş Assambleyasının Ali sessiya həftəsində Əfqanıstanla bağlı görüşün keçiriləcəyi gözlənilir.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterreş məlumat verib.

O, Əfqanıstan, Suriya və Liviyada vəziyyətlə bağlı görüşlərin olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Bir neçə paralel, virtual tədbir keçiriləcək. Əlbəttə ki, Əfqanıstan və digər mövzularla bağlı görüşlər planlaşdırılıb”.

BMT Baş Assambleyasının Ali sessiya həftəsi sentyabrın 21-27-də baş tutacaq.

Oxşar Xəbərlər