Yeni “iPhone” qutuları plastik örtüksüz olacaq

“Apple” şirkəti “iPhone” qutularını plastik örtüklə bağlamağı dayandıracaq.

QİA.AZ– ın Ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.

Bildirilir ki, şirkət bu təşəbbüsünü ekoloji problemlərlə əlaqələndirib. Cihazların qutusu artıq etiket möhürü ilə bağlanacaq. “İPhone 13” tədarükü 24 sentyabrda başlanacaq.

Yeni smart telefonunun təqdimatı zamanı “Apple” qablaşdırma plastikinin çıxarılmasının 600 ton tullantıların meydana gəlməsinin qarşısını alacağını bildirib. Şirkət taktil cavablandırmaya məsul olan “Taptic Engine”in “100% təkrar emal edilmiş volframdan” hazırlandığını vurğulayıb.

Xatırladaq ki, ötən il “Apple” yeni “iPhone”larla komplektdə qulaqlıq və şarj tədarükünü dayandırıb.

Oxşar Xəbərlər