ABŞ “Honor”u “qara siyahı”ya salacaq

ABŞ hökuməti Çinin smartfon istehsalçısı “Honor”u “Huawei”dən ayrılmasına baxmayaraq “qara siyahı”ya salacaq.

QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı qərarın lehinə Pentaqon və Energetika Nazirliyi, əleyhinə isə Dövlət Departamenti və Ticarət Nazirliyi səs verib.

Xatırladaq ki, “Huawei” öz subbrendi “Honor”u sanksiyalardan qurtarmaq üçün ötən il institusional tərəfdaşlarına satıb. Şirkət həmin siyahıya 2019-cu ildə, Donald Trampın prezidentliyi dövründə düşüb. Bundan əvvəl digər Çin şirkəti “Xiaomi” ABŞ hakimiyyətinin analoji qərarını məhkəmə yolu ilə mübahisələndirərək adını “qara siyahı”dan çıxarda bilib.

Oxşar Xəbərlər