Türkiyənin Tokat əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.
QİA.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Niksar rayonunda, ocağı isə 14,34 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.