Anım günü Bakının mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

27 sentyabr Anım günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

QİA.AZ xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, 27 sentyabr Anım Günü münasibətilə paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub: “Tədbir “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub. Hərəkətinin iştirakçılarından xahiş edirik ki, qeyd olunan istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.

DYP, həmçinin qeyd edir ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Oxşar Xəbərlər